Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

27.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İtaliya milisinin və "Roma"nın sabiq hücumçusu Françesko Tottinin oğlu Kristian futbolçu karyerasını 19 yaşında bitirib.

Bakıvaxtı.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, o, bundan sonra atasının futbola aid açdığı şirkətdə çalışacaq.

Qeyd edək ki, bir müddət "Roma"nın 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən gənc Totti İspaniyada "Rayo Valyekano"nun ikinci, ölkəsində isə "Avezzano" və "Olbia" klublarının formasını geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью