futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla qarşılaşacaq Fransa yığmasının heyətində dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, fransız hücumçu Randal Kolo-Muani zədə səbəbiylə heyətdən çıxarılıb. Onun əvəzinə yığmaya Floren Toven çağırılıb. Bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Fransa millisi noyabrın 13-də Ukraynanı qəbul edəcək, 16-da isə Bakıda Azərbaycanla qarşılaşacaq.