Tövlə yandı, 2 baş heyvan tələf oldu

15.03.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mal tövləsi və oradakı iribuynuzlu heyvanlar yanıb.

"Unikal" xəbər verir ki, yanğın Qəbələ rayonunun Kürd kəndində baş verib.

Yanğın yerinə Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı kənd sakini 1974-cü il təvəllüdlü  Məmmədəliyev Sərvan Qinyaz oğluna məxsus  72 m² mal tövləsi, 2 ədəd iribuynuzlu heyvan və 2.5 ton ot tamamilə yanaraq məhv olub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью