Tovuz klubu Çl də qələbə qazandı

20.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasındakı tarixi ilk matçında inamlı qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsinin ilk qarşılaşmasında Xorvatiyanın “Mladost” klubunu qəbul edib. Azərbaycan çempionu rəqibini doğma azarkeşləri önündə 3:0 hesabı ilə darmadağın edərək avrokuboklardakı debüt oyununu möhtəşəm zəfərlə tamamlayıb.

Meydanda üstünlük nümayiş etdirən Tovuz klubu ilk seti 25:20 hesabı ilə aktivinə yazdırıb. Növbəti iki setdə də təşəbbüsü əldən verməyən təmsilçimiz 25:16 hesablı qələbə qazanıb. Bu nəticə ilə “Turan” cavab görüşü öncəsi növbəti mərhələyə adlamaq yolunda ciddi üstünlük əldə edib.

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması oktyabrın 29-da Xorvatiyada təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью