Tovuz məktəbində zəhərlənən 71 nəfərin SON VƏZİYYƏTİ

19.12.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 1 saylı məktəbdə zəhərlənən 71 nəfərin hər biri evə buraxılıb.
TƏBİB-dən Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olanlar həkim nəzarətində qaldıqdan və lazımi tibbi yardımlar göstərildikdən sonra evlərinə buraxılıblar.
Qeyd edək ki, zəhərlənmə məktəbin 2 sinfində pelet sobasının tıxanması səbəbindən yaranmış tüstülünmə nəticəsində baş verib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью