Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tovuzda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, Tovuz Rayon Mərkəzi Xəstəxanasında 5 məktəblinin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıb. *** Tovuzda məktəbdə kütləvi zəhərlənmə olub.
KONKRET.az xəbər verir ki, hadisə Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb.
Qaz sobasından dəm qazının sızması nəticəsində bir neçə şagird zəhərlənib. Faktla bağlı araşdırmalar aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.