Tovuz polisindən ƏMƏLİYYAT: Tutulanlar var VİDEO

23.07.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb.
Ondan çəkisi 1 kiloqram olan marixuana və heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью