Tovuz rayonunda ağır yol qəzası baş verib, 6 nəfər ölüb YENİLƏNİB VİDEO AZƏRTAC

28.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tovuz, 27 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuz rayonda ağır yol-nəqliyyat qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və VAZ markalı iki avtomobil toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

21:08

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir neçə nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью