Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü E.Bağırov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. 32 yaşlı kişiyə yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 32 yaşlı kişi kənd ərazisində yerləşən kafelərin birində bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.