Tovuz şəhər stadionu UEFA standartlarına uyğunlaşdırılır

25.05.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA stadion inspektoru Skott Struters, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov "Turan Tovuz"un nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda baxış keçiriblər.

"Turan Tovuz" klubundan verilən məlumata görə, 4 saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub.
Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb.
Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Stadionda həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью