Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsinə başlanılıb FOTO

25.07.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.

Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub.

Eyni zamanda, Abulbəyli kəndi ərazisində, Tovuz çayının kənarında “Huner Group” tərəfindən alınmış torpaq sahəsində süni ot örtüklü meydançanın salınmasına da başlanılıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью