Tovuz stadionu komandanın ixtiyarına nə vaxt veriləcək? Şəkillər

07.10.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesi və təmir-bərpa ilə işləri ilə  tanış olub.  

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Ot örtüyünün dəyişdirilməsini icra edən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz klub rəhbərinə proseslə bağlı ətraflı məlumat verib. 

Qeyd edək ki, təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью