Tovuz stadionunun durumu necədi?

24.01.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq hər kəsə məlumdu ki, “Turan Tovuz” martın sonuna qədər ev oyunlarını doğma stadionda keçirə bilməyəcək. “Sumqayıt”la oyun Sumqayıtda olacaq, qalanları isə “Azərsun Arena”da.

Son günlər, demək olar ki, bütün bölgələrə qar yağıb. Tovuza da çox qar düşüb. Bəs hazırda Tovuz şəhər stadionunun vəziyyət necədi? Qazon qardan təmizlənibmi? Bu dəfə qazona texniki qulluq kimə tapşırılıb - yenə də Fil Şarplesə, yoxsa başqa mütəxəssisə?
Klubun mətbuat katibi Süleyman Tağıyevin “Football-plus.az”a verdiyi bilgiyə görə, qar əriyir. Ot örtüyünə texniki xidmət isə yenə britaniyalı mütəxəssisin şirkətinə tapşırılıb.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью