Tovuz stadionunun əsas problemi həll olunur GÖZLƏNƏN XƏBƏR

07.07.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda təmir-bərpa işləri başlayır. 

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik üçün öncəlik meydançadır. Süni örtüklü meydança təbii ot ilə əvəzlənəcək. Artıq bununla bağlı çalışmalar başlanıb.

Ötən həftə Tovuza mütəxəssislər dəvət edilib və stadiona baxış keçirilib. Bu həftə ərzində Tovuz şəhər stadionunda işlərə start verilməsi gözlənilir.

Rəhbərlik növbəti mövsümə təbii örtüklü meydançada başlamaq istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью