Tovuzda 20dən çox məktəbli tüstüdən ZƏHƏRLƏNDİ

19.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью