Tovuzda 22 yaşlı gənc faciəvi şəkildə HƏYATINI İTİRDİ

08.09.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Dünən Tovuz rayonunun Aşağı Quşçu kəndində baş verən zəncirvari yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi və qəzanın bəzi detalları məlum olub. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, əvvəlcə “KİA” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. 
Zərbənin təsirindən avtomobillərdən biri yol kənarında dayanan “Opel” və “VAZ-2106” markalı avtomobillərə çırpılıb. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 2004-cü il təvəllüdlü Əkbər Qasımov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 
Faktla bağlı araşdırma başlayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью