Tovuzda 3 gündür evdə tək qalan körpə tapıldı

20.03.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Tovuz rayonunda evdə üç gündür tək qalan körpə aşkarlanıb.

Globalinfo.az-ın “Qafqazinfo”ya məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, qonşuların müraciəti əsasında üç gün evdə tək qalan körpə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, körpənin anası Göygöl rayonundandır və Tovuz rayonunda kirayədə qalıb. Körpə də kirayədə olan mənzildə tapılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью