Tovuzda 3 kiloqram narkotik aşkarlanıb İki nəfər həbs edildi (Video)

23.07.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tovuzda keçirilən əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Milli.Az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb.

Polis əməkdaşları onun üzərində olan çantaya baxış keçirərkən 2 kiloqram marixuana, həmçinin heroin və metamfetamin aşkar ediblər.

Bundan başqa, rayon ərazisində narkokuryerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan 1 kiloqram çəkidə marixuana və heroin götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью