Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.
Zəhərlənən şagirdlər 2011 və 2012-ci il təvəllüdlüdürlər.
Tovuzda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Ölkə.az-a verilən məlumata görə, Tovuz Rayon Mərkəzi Xəstəxanasında 5 məktəblinin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.