Tovuzda 9 xallıq oyun

30.03.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Tovuzda keçiriləcək.

"Kəpəz" "Səbail"i qonaq edir. Bu görüşü 6 yox, 9 xallıq oyun kimi də qəbul etmək olar. "Dənizçilər" məğlub olacağı təqdirdə elitada qalmaq yönündə çox ağır zərbə alacaq. "Sarı-göylər" meydandan qalib ayrılacağı halda isə autsayderlə xal fərqini bir qədər də artırıb 8 xala çatdıracaq ki, bu da onlara bir qədər rahat nəfəs almağa imkan verəcək.

Qeyd edək ki, matçın start fiti saat 16:00-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXVIII tur

16:00. "Kəpəz" - "Səbail"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz. Şəhər stadionu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью