Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tovuz şəhərində ağacların qanunsuz kəsilməsi ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, görüntülərdə ağacların kəsilərək başqa əraziyə aparıldığı görünür.
Deyilənlər nə dərəcədə doğrudur?
Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, ağaclar güclü küləkdən sonra yıxılıb. Nəticədə digər ağaclar da yararsız hala düşüb.
Tovuz Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirilib ki, güclü külək nəticəsində ərazidə olan ağaclardan biri qırılaraq digər ağacların üzərinə düşüb və onları da sındırıb. Ərazidə hadisədən sonra təmizlik işləri aparılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan isə qeyd edilib ki, Tovuz rayonunda ağacların kəsilməsi faktı üzrə prosessual araşdırma aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hüquqi tədbirlər görüləcək.
Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında: