Tovuzda ağır qəza: azyaşlı yaralandı KONKRET

02.08.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Tovuz rayonunda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində azyaşlı ağır xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Məlumata görə, VAZ-2107 markalı minik avtomobili ZİL markalı yük maşını ilə toqquşub.

Qəza zamanı minik avtomobilində olan 8 yaşlı Nicat Orucov ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью