Tovuzda ağır qəza: Bir nəfər həyatını itirdi FOTO

29.12.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tovuzda iki avtomobilin toqquşması ölümlə nəticələnib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində baş verib. 
Hərəkətdə olan  “VAZ 2106” markalı avtomobillə “VAZ 2105” markalı maşının toqquşması zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью