Tovuzda ağır qəza: yaralı var... Foto

15.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Kia” və VAZ 2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində VAZ 2106 markalı avtomobildə olan sərnişin xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью