Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Tovuzda qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Kənd sakini 32 yaşlı Hacızadə Səbuhi Vidadi oğlu arvadı 29 yaşlı Hacızadə Mətanət Asif qızını bıçaqlayıb.
Qadın hadisə yerində ölüb.
Hadisəni törədən Səbuhi Hacızadə qaçıb.
Hazırda Tovuz rayon Polis Şöbəsinin əməkdaşları onun saxlanılması istiqamətində tədbirlər görür.