Tovuzda anbarda yanğın olub

06.01.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Tovuzda soyuducu anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 850 m² olan soyuducu anbarın içərisində 1 ədəd soyutma qurğusu, 5 paq.m elektrik kabeli və şüşə-pambıq üzlük 9 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью