Tovuzda avtomobil aşıb

07.10.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Rayonun Dönük Qırıqlı kənd sakini, 1989-cu il təvəllüdlü Firdovsi Əliyev “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.  

Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью