Tovuzda avtomobil dərəyə aşdı Sürücü öldü

24.03.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Tovuzda minik maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью