Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Tovuzda xəsarətlə nəticələnən yol qəzası olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil ilə "Chevrolet" markalı avtomobil toqquşduqdan sonra "Chevrolet" yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtomobildə tüstüləmə baş verdiyinə görə, hadisə yerinə FHN-in yanğın söndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində "Chevrolet"in surücüsü Tovuz rayon sakini, 2007-ci il təvəllüdlü Salman Məmmədov xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.
Əraziyə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.
Faktla baglı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu