Tovuzda avtomobil qadını vurdu VƏZİYYƏTİ AĞIRDIR

05.08.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Tovuzda  yol-nəqliyyat hadisəsi ağır xəsarətlə nəticələnib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Gülxanım İsmayılovanı vurub. 
Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, 64 yaşlı qadının vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 
Faktla bağlı araşdırma başlanılıb.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью