Tovuzda avtomobil qəzada yandı: Sürücü... FOTO

25.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq körpünün kənarında olan betona çırpılıb. Bundan sonra avtomobildə yanğın olub.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürlüb. Yanıq xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью