Tovuzda avtomobil YANDI

09.12.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

Tovuzda minik avtomobili anidən alışıb. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 
Kənd ərazisində evlərdən birinin qarşısında “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi yanmağa başlayıb.
Hadisə yerinə Tovuz rayon yanğından mühafizə bölmələrinin əməkdaşları və texnikası cəlb olunub. Onların köməyi ilə yanğın söndürülüb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью