Tovuzda avtomobil yaşlı qadını vurub

18.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Tovuzda "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Elməddin Nəsibov küçəsində qeydə alınıb.

Qadın təcili tibbi yardım briqadası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью