Tovuzda baş verən qəzada ölənlərin sayı 7yə çatdı

28.11.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən qəzada ağır xəsarət alan yeniyetmə Gəncədəki xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, "Mercedes" ilə  "VAZ 2106 " markalı minik  avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki,  ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedec " ilə  "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəza zamanı 5 hərbçi olmaqla 6 nəfər hadisə yerində ölüb. Qəza ilə bağlı cinayyət işi açılıb.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью