Tovuzda baş verən yol qəzasında üç nəfər yaralanıb

27.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qovlar şəhər ərazisində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Ş.Əsgərova, 2003-cü il təvəllüdlü F.Bayramova və 1997-ci il təvəllüdlü A.Nofəlzadə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью