Tovuzda birmərtəbəli ev yandı

29.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Tovuz rayonunun Aşağı Quşçu kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin dam örtüyünün taxta atmaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью