Tovuzda çayda çimən 22 yaşlı gənc batdı

16.06.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisindən keçən çayda qeydə alınıb.

Məlumata görə, Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü İlham Şirinov çayda çimərkən suda batıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Hazırda batdığı bildirilən şəxsin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью