Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumatına görə, hadisə rayonun Heydar Əliyev prospektində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobil ilə "Chevrolet" markalı avtomobil toqquşub. Toqquşmadan sonra "Chevrolet" yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Avtomobildə tüstüləmə baş verdiyinə görə, hadisə yerinə FHN-nin yanğın söndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Qəza nəticəsində "Chevrolet"in surücüsü Tovuz rayon sakini 19 yaşlı Salman Məmmədov xəsarət alıb. Ona yerindəçə tibbi yardım göstərilib.
Hadisə yerində nəqliyyatın hərəkəti bərpa edilib.
Faktla baglı araşdırma aparılır.
Oxunub 98