Tovuzda çobanın meyiti Kürün kənarından tapıldı TƏFƏRRÜAT

05.03.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuzda çay kənarında meyit aşkarlanıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki çayın yaxınlığında kişi meyiti aşkarlanıb.

Məlumata görə, rayonun Qaraxanlı kənd sakini 41 yaşlı Ramin Kərəmov Ceyrançöl ərazisində çoban işlədiyi yataqda qusma nəticəsində boğulub.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da onun həyatını xilas etmək olmayıb.

Məlumata görə, R.Kərəmov içkili olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью