Tovuzda daha bir Turan yaradılıb Bu dəfə voleybolda

01.09.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Tovuzun “Turan” klubu voleybolçu qadınlar arasında Azərbaycan çempionatının yeni mövsümündə debüt edəcək.

İdman.biz-in Allsport.az saytına istinadən verdiyi məlumata görə, komandanın “Turan Tovuz” futbol klubu ilə birbaşa əlaqəsi yoxdur.

Komandanın baş məşqçisi vəzifəsinə Ziya Rəcəbov təyin olunub. Rəcəbov 2016-cı ildə “Azəryol”la CEV kubokunun bürünc medalını qazanıb, 2019/20 mövsümündə isə İndoneziyanın "Cakarta" klubunu çempion edib. Onun son iş yeri ötən mövsüm qızıl uğrunda mübarizə aparsa da, turnirdə iştirakını dayandırmaq məcburiyyətində qalan "Xarı Bülbül" olub.

Komanda artıq məşqlərə başlayıb və yaxın vaxtlarda yeni klubun rəsmi təqdimatı baş tutacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью