Tovuzda dəhşətli qəza: 2 nəfər suda boğularaq öldü

18.08.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsndə su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью