Tovuzda dəhşətli qəzada xəsarət alan yeniyetmə öldü

28.11.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan "Mercedes" ilə "VAZ 2106 " markalı minik maşınları toqquşub. Qəza zamanı 5-i hərbiçi olmaqla 6 nəfər hadisə yerində ölüb.

Artıq ağır qəza ilə bağlı cinayət işi açılıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью