Tovuzda əkin sahələrini yandıran şəxslər saxlanılıblar

26.07.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsi sakinlər tərəfindən qəsdən yandırılıb. 

Hadisənin törədilməsində şübhəli bilinən İ.Məmmədov və R. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью