Tovuzda ev yandı

25.12.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tovuzda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində baş verib. Kənd sakini Qüdrət Cəlilliyə məxsus  72 kv metr evdə anidən yanğın başlayıb. Əraziyə FHN Tovuz rayon YM bölmələrinin əməkdaşları cəlb olunub.

Yağın zamanı evin 15 kv metri yanıb, evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə edilib.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью