Tovuzda evdə yanğın olub, 71 yaşlı kişi yanaraq ölüb

02.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuzda evdə yanğın olub, 71 yaşlı kişi yanaraq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Həmin ərazidə yerləşən evdə baş verən yanğın söndürüldükdən sonra ev sahibi Rafiq Hüseynovun qardaşı 1954-cü il təvəllüdlü Hüseynov Fazilin yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью