Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tovuzda evdən kişi meyiti aşkarlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1998-ci il təvəllüdlü P.Qasımovun meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.