Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuz rayonunda 1996-cı il təvəllüdlü Akif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Təhminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 7 oktyabr 2024-cü ildə, saat 19 radələrində Tovuz rayonunun kəndlərindən birində baş verib.
Akif aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yaşadığı evdə arvadı Təhminəni yumruq zərbələri ilə döyərək ona xəsarətlər yetirib.
Hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun kəndində yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm.
Zərərçəkmiş Təhminə mənim arvadımdır və münasibətlərimiz hər zaman normal olub. Aramızda ədavət və münaqişə olmayıb.