Tovuzda fərdi ev yanıb

12.07.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətəndaşa məxsus ev tamamilə yanaraq külə dönüb

Tovuzda vətəndaşa məxsus ev tamamilə yanaraq külə dönüb. AYNA.AZ Azərtac-a istinadən  xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndi ərazisində qeydə alınıb.

Ev sahibi Xəyal Qəmbərov bildirib ki, hadisə baş verən zaman onlar evdə olmayıb. Qonşular zəng edərək evinin yandığı barədə məlumat veriblər.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürlüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı müxtəlif yanıq xəsarətləri alan Röyal Qəmbərov xəstəxanaya yerləşdirilib. Yanğının baş vermə səbəbləri və hadisənin təfərrüatları Tovuz rayon polis şöbəsində araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью