Tovuzda fərqli hissələr | Icma.az
Icma.az bildirir, futbolpress-az portalına istinadən. “Turan Tovuz” Premyer Liqanın XVI turunda “Şamaxı”nı məğlub edib.
Dramatik keçən görüşdə tovuzlular son dəqiqə qolu ilə aktivinə üç xalı yazdırıb.
Kurban Berdıyevin yetirmələri 4 oyundan sonra qələbə qazanıb.
Oyuna daha yaxşı başlayan “Şamaxı” rəqibinin çaşqınlığından istifadə edərək, hesabı açmağa nail oldu.
Son turlardakı uğursuzluqdan sonra xal qazanmaq arzusunda olan “şirlər” bunu meydanda göstərirdi.
“Turan Tovuz” cəbhəsi isə sanki rahat, qələbəyə arxayın idilər.
Oyunçular həvəssiz təsir bağışlayır, fərdi səhvlər topun rəqibə keçməsinə səbəb olurdu.
Birinci hissədə bir qol vurmaqla hesabı bərabərləşdirməyi bacaran “Turan Tovuz” bir neçə dəqiqə sonra ikinci qolu da buraxdı.
Tam oxu
Xəbəri oxu