Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.
"Report" xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.
"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır".